
İsrailin xarici işlər naziri Eli Kohen apreldə Azərbaycana səfər edəcək.
Bunu E.Kohen martın 29-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
“Nümayəndə heyətimiz ölkələrimiz arasında ticarət əlaqələrini yaxşılaşdırmaq üçün Azərbaycana səfər edəcək”, – İsrailin XİN başçısı bildirib.