
İsrailin Qəzza zolağının müxtəlif bölgələrinə endirdiyi hava zərbələri nəticəsində azı 20 fələstinli ölüb, onlarla yerli sakin yaralanıb.
Bu barədə Sinxua agentliyinə Mülki Müdafiə sözçüsü Mahmud Basal məlumat verib.
Onnu sözlərinə görə, təkcə İsrailin Cəbəliyada köçkünlərin yaşadığı məktəbi bombalaması nəticəsində ikisi uşaq olmaqla 8 fələstinli həlak olub, 19-u uşaq olmaqla 30-dan çox adam yaralanıb.