İsrailin HƏMAS-la müharibəyə görə maliyyə xərcləri 198 milyard şekel (53 milyard ABŞ dolları) təşkil edib.

Bu barədə İsrail Mərkəzi Bankının hesabatında qeyd edilib.

Hesabatda bildirilib ki, bu məbləğin 107 milyard şekeli (təxminən 28,8 milyard ABŞ dolları) müdafiə xərclərinin payına düşür. Qalan xərclər birbaşa və ya dolayısı ilə zərərin ödənilməsi, mülki xərclər, vergi gəlirlərinin itirilməsi və s.-ə aiddir.

Təxminən 45 günlük əməliyyatlar ölkənin ÜDM-nin 10%-i miqdarında maliyyə itkisinə gətirib çıxarıb.

İsrail ordusunun HƏMAS-a qarşı hərbi əməliyyatı hər gün təxminən 260 milyon ABŞ dollarına başa gəlir.

İsrail mediası yazır ki, xərclərin 2/3-si ölkə tərəfindən, qalanı ABŞ tərəfindən qarşılanacaq.