İsrailin Qəzza zolağındakı məqsədləri Rəfahda “xüsusilə aydın təsəvvür alır” və Fələstinin HƏMAS hərəkatını məhv etmək, yaraqlılar tərəfindən saxlanılan girovları azad etmək və İsrail Müdafiə Qüvvələrinin “fəaliyyət azadlığını qorumaqdan” ibarətdir.

Bunu ölkənin müdafiə naziri Yoav Qalant Fələstin anklavının cənubundakı Rəfah şəhərində keçirdiyi operativ vəziyyətin qiymətləndirilməsi üzrə iclasdan sonra İsrail hərbçiləri ilə görüşü zamanı deyib.

“Qəzza zolağında məqsədlərimiz burada, Rəfahda xüsusilə aydındır və HƏMAS-ın məhv edilməsi, girovların qaytarılması və fəaliyyət azadlığının qorunmasıdır. Girov məsələsinə gəldikdə, biz böyük səylər göstəririk və bunu həm manevrlər vasitəsilə, həm də razılaşmalar əldə etməklə davam etdirəcəyik”, – nazir vurğulayıb.

İstinadlar Report