Radikallar tərəfindən saxlanılan bütün girovlar azad edilənə, HƏMAS anklavda hakim və hərbi qüvvə kimi ləğv edilənə qədər İsrailin Qəzza zolağında əməliyyatları dayandırmağa “mənəvi haqqı” yoxdur.

Bunu İsrailin müdafiə naziri Yoav Qalant Tel-Əvivdə amerikalı konqresmen Riçi Torresi qəbul edərkən deyib.

Qalant Torresə İsrailin “ABŞ-nin sarsılmaz dəstəyini yüksək qiymətləndirdiyini” deyib. Nazir həmçinin “İsrail ilə ABŞ arasında güclü əlaqələrin təmin edilməsinin vacibliyini” vurğulayaraq, “müdafiə sahəsində əməkdaşlığa xüsusi diqqət yetirdiyini” və Vaşinqtonun “Qəzza zolağındakı müharibədə məqsədlərinə çatmaq üçün göstərdiyi səylərdə” İsraili dəstəklədiyini bildirib. Bundan əlavə, Qalant “hazırda ABŞ-nin regionda liderliyinin vacibliyini” qeyd edib.

İstinadlar Report