
Mayın 26-da günorta saatlarında Qəzza zolağından İsrailin mərkəzinə azı səkkiz raket atılıb.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin açıqlamasında bildirib.
Raketlərin bir hissəsinin ələ keçirildiyini bildirən İsrail hərbçiləri, hücum sonucunda heç bir itki olmadığını açıqlayıb.
“The Times of Israel” qeyd edib ki, bu, son dörd ayda Rəfahdan İsrailin mərkəzinə ilk raket hücumudur.
HƏMAS-ın hərbi qanadı “Əl-Qəssam Briqadaları” raket hücumunun Təl-Əvivi hədəf aldığını bildirib. Belə ki, “Reuters”in sitat gətirdiyi açıqlamada hücumun mülki əhalinin “kütləvi qətl”inə cavab olduğu diqqətə çatdırılıb.
Qeyd edək ki, Rəfah Qəzza zolağında 2023-cü ilin oktyabrında HƏMAS terrorçularının hücumundan sonra başlayan əməliyyat zamanı İsrail hərbçiləri tərəfindən işğal olunmayan sonuncu böyük yaşayış məntəqəsidir.