İsrailin mərkəzi rayonlarında raket təhlükəsi barədə xəbərdarlıq edən hava həyəcanı sirenləri işə düşüb.

Həyəcan siqnalları Təl-Əvivin ətraf ərazilərində də eşidilib.

Ordunun mətbuat xidmətindən bildirilib ki, hava həyəcanı Yəməndən raketin atılması ilə əlaqədar elan edilib.

“Yəməndən mərmi atıldıqdan sonra İsrailin mərkəzi hissəsindəki bir sıra rayonlarda sirenlər səslənib. Təfərrüatlar araşdırılır”, – məlumatda deyilir.

İstinadlar Report