İsrailin maliyyə naziri Aviqdor Libermanın koronavirus testi müsbət çıxıb.

Nazir bu barədə tviter hesabında yazıb.

“Özümü yaxşı hiss edirəm və yaxın bir neçə günü Nokdimdəki evimdə təcrid olunmuş vəziyyətdə keçirəcəyəm”, – Liberman qeyd edib.

Maliyyə naziri bundan sonra da distant rejimdə işləməyə davam edəcəyini qeyd edib.

İstinadlar Report