“Hizbullah”ın hücumları nəticəsində iki İsrail hərbçisi ölüb, doqquzu yaralanıb.
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, “Hizbullah” partlayıcı maddəylə ilə dolu pilotsuz uçuş aparatı ilə Qərbi Qalileya bölgəsinə zərbə endirib. Hadisə nəticəsində “Baram” briqadasının maddi-texniki təminat rotasına komandanlıq edən mayor ölüb, bir əsgər isə yaralanıb.
Bundan əlavə, bildirilib ki, Livandan atılan iki tank əleyhinə raketin Ramim silsiləsi ərazisində ordu mövqelərinə düşməsi nəticəsində “Qolani” briqadasının 51-ci batalyonundan bir serjant ölüb, daha 8 əsgər isə yaralanıb.