İsrail hərbçiləri İranın kütləvi raket hücumuna cavab vermək üçün vaxt seçəcək, onun hücum imkanları sürprizlər bəxş edəcək.
Bunu İranın atəşi başa çatdıqdan sonra çağırılan operativ müşavirənin yekunlarına əsasən İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevi deyib.
“Biz siyasi rəhbərliyin göstərişlərinə əməl edərək, İrandan nə vaxt bədəl tələb edəcəyimizi seçəcəyik və dəqiq, heyrətamiz hücum imkanlarımızı nümayiş etdirəcəyik”, – hərbi sərkərdə bildirib.