
İsrailin Baş naziri Benyamin Netanyahu bu həftə ABŞ-a səfəri zamanı Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampla görüşmək niyyətindədir.
Belə ki, Tramp və Netanyahunun köməkçiləri Floridada görüşün mümkünlüyünü müzakirə ediblər, lakin respublikaçı hələ ki, birbaşa razılıq verməyib.
Mənbə aydınlaşdırıb ki, görüş baş tutsa, bu həftənin sonunda Trampın Şimali Karolinada cümə axşamına planlaşdırılan kampaniya mitinqindən sonra olacaq.