İsrailin Baş naziri Naftali Bennet 10 ildən sonra Misirə rəsmi səfər edib.

Bu barədə məlumatı “The Jerusalem Post” yayıb.

Məlumata əsasən, Naftali Bennet Misirə səfəri çərçivəsində Şarm-eş-Şeyxdə ölkə Prezidenti Abdel Fattah as-Sisi ilə danışıqlar aparıb.

Bildirilir ki, danışıqlar zamanı bir sıra məsələlər ilə yanaşı, iki ölkə arasında əlaqələrin gələcək inkişafı da müzakirə olunub.

Qeyd edək ki, Bennet 2011-ci ildən sonra Misirə səfər edən İsrailin ilk Baş naziri oldub. Ən son ölkənin sabiq Baş naziri Binyamin Netanyahu 2011-ci ildə Misirin o dövrdəki Prezidenti Hüsnü Mübarəklə görüşmüşdü.

İstinadlar Qafqazinfo