Cümə günü (2 iyul – Red) vəzifəsinin icrasına başlayan İsrailin Baş naziri Yair Lapid müxalifət lideri, “Likud” partiyasının lideri Benyamin Netanyahu ilə görüşmək niyyətindədir.

Bu barədə İsrailin Baş nazirinin ofisi məlumat yayıb.

“Baş nazir Yair Lapid müxalifət lideri Benyamin Netanyahunu hərbi katib general-mayor Avi Gillə birlikdə gündəmdəki dövlət işləri barədə məlumatlandırmaq üçün görüşə dəvət edib”, – deyə məlumatda bildirilir.

İstinadlar Report