Ermənistan İsraildəki səfirini məsləhətləşmələr üçün geri çağırır.

Bunu Ermənistan Xarici İşlər Nazirliyinin əmətbuat katibi Anna Nağdalyan deyib.

“İsrailin Azərbaycana verdiyi dəstək bizim üçün qəbuledilməzdir. Xarici İşlər Nazirliyi bunu nəzərə alaraq İsraildəki səfirini məsləhətləşmələr üçün geri çağırmağa qərar verdi”, – Nağdalyan bildirib.

Qeyd edək ki, Ermənistan İsraildə bir aya yaxındır səfirlik açıb.