İsrailin Baş naziri Benyamin Netanyahu yaxın həftələrdə Vaşinqtona səfər etməyi və andiçmə mərasimindən sonra ABŞ-nin 47-ci Prezidenti Donald Trampla görüşən ilk xarici liderlərdən biri olmağı planlaşdırır.

Bunu İsrailin ABŞ-dakı səfiri Maykl Hersoq səlahiyyət müddətinin başa çatması münasibətilə “Walla” portalına müsahibəsində deyib.

“Baş nazir Netanyahunun yaxın həftələrdə Ağ Evə səfəri gözlənilir. Bu məsələ ilə bağlı müzakirələr davam edir, lakin hələ yekun tarix yoxdur”, – portal İsrailin Vaşinqtondakı səfirindən sitat gətirib.

Bundan əlavə, Trampın prezidentliyinin ilk günlərində keçmiş prezident Cozef Baydenin İsrailə silah satışına, o cümlədən bir tonluq bombalara dair məhdudiyyətlərini ləğv edəcəyi gözlənilir.

O, hesab edir ki, Tramp Bayden administrasiyasının İsrailə silah satışı ilə bağlı qadağanı ləğv edəcək və səlahiyyət müddətinin əvvəlində buna icazə verəcək.

İstinadlar Report