İsrailin “Histadrut” Ümumi Əmək Federasiyasının sədri Arnon Bar-David ölkədə ümummilli tətilin başa çatdığını elan edib.
Bu barədə “Kan” dövlət radiostansiyası məlumat yayıb.
Qərar İsrailin Baş naziri Benyamin Netanyahu hökumətin məhkəmə islahatının təsdiqini azı yaya qədər dayandıracağını bəyan etməsindən sonra qəbul olunub.