İsrailin yeni seçilən knesseti (parlament) rəsmi andiçmə mərasimindən sonra ölkə Prezidentinin ənənəvi xeyir-duası ilə fəaliyyətə başlayıb.

Prezident Reuven Rivlin seçki kampaniyası dövründə qarşılıqlı hücumlar və təhriflərin baş alıb getdiyini, nifrət ab-havasının hökm sürdüyünü, lakin bütün bunların keçmişdə qaldığını bildirib.