İsrailin mərkəzindəki Holon şəhərində bıçaqlı şəxsin hücumu nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb.
Təcili yardım xidmətinin işçiləri, hücum qurbanlarının bir-birindən təxminən 500 m məsafədə üç fərqli yerdə olduğunu bildiriblər. “Hadisə yerində 66 yaşlı qadın ölüb, daha bir yaşlı kişi xəstəxanada ölüb. 68 yaşlı zərərçəkən də ağır vəziyyətdədir, 26 yaşında başqa bir kişi orta dərəcədə xəsarət alıb”,- nəşr bildirib.
Bildirilir ki, polis cinayətkara atəş açıb, o, xəstəxanada ölüb, hadisə terror aktı adlandırılıb.