İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir İsrail hərbçilərinə Suriyanın yeni hakimiyyət orqanlarına məxsus hədəfləri vurmağa hazırlaşmağı əmr edib.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Vəziyyəti qiymətləndirdikdən sonra Baş Qərargah rəisi Eyal Zamir druz icmalarına qarşı zorakılıq halları davam edərsə, İsrail ordusuna Suriya rejiminə məxsus hədəfləri vurmağa hazırlaşmağı tapşırıb”, – məlumatda bildirilir.

Ordudan qeyd edilib ki, İsrail Hərbi Hava Qüvvələri çərşənbə günü artıq dinc sakinlərə – druzlara hücum edən yaraqlıları Dəməşqin kənarında vurub.

İstinadlar Report