İsrailin Maliyyə naziri İsrael Kats ikinci “lokdaun”la (sərt qadağa rejimi-red) əlaqədar olaraq hökumətin yeni iqtisadi planına daxil ediləcək tədbirlərin siyahısını elan edib.

Bu barədə haqda Report “Newsru.co.

Nazirin sözlərinə görə, ictimai həmrəylik çərçivəsində nazirlərin, nazir müavinlərinin, deputatların və digər yüksək vəzifəli şəxslərin maaşlarının ixtisarı yeni planın birinci tədbiri olacaq.

Kats vurğulayıb ki, hökumət tərəfindən indiyə qədər qəbul edilmiş koronavirus epidemiyasının iqtisadi nəticələrinin öhdəsindən gəlmə üzrə tədbirlər yaxşı nəticə göstərir. Eyni zamanda, ikinci “lokdaun”un tətbiqi ilə əlaqədar əlavə addımlar atılacaq. Dövlət pandemiyanın təsirinə məruz qalan müəssisələr tərəfindən gəlir vergisinin ödənilməsində iştirak edəcək.

İstinadlar Report