İsraildə İordan çayının qərb sahilində naməlum şəxs avtobusa və avtomobilə atəş açıb.

Bu barədə ölkənin Müdafiə Ordusu özünün tviter səhifəsində məlumat yayıb.

“Bu səhər Nablus şəhəri yaxınlığında bir avtomobilə və avtobusa atəşlə hücum edilib”, – məlumatda deyilib.

Avtomobilin sürücüsü xəsarət alıb və ona tibbi yardım göstərilib.

İstinadlar Report