İsraildə isti hava şəraiti fonunda bir neçə rayonda eyni vaxtda meşə yanğınları başlayıb.

Bu barədə “Ynet” portalı məlumat yayıb.

“Onlarla briqada, təyyarə və helikopter Mazkeret-Batya və Beyt-Şemeş rayonunda evlərə və dəmir yolu xətlərinə yayılan yanğının söndürülməsi istiqamətində işləyir. Yanğından mühafizə xidmətində ümumi səfərbərlik elan edilib”, – məlumatda bildirilib.

Qeyd olunub ki, yanğınlar səbəbindən bir neçə istiqamətdə qatarların hərəkəti dayandırılıb.

İstinadlar Report