
Təl-Əvivin cənub-şərqində avtomobilin bir qrup insana hücumu və atışma nəticəsində azı 4 nəfər yaralanıb.
Bu barədə İsrail televiziyasının “12-ci kanalı” bildirib.
Məlumata əsasən, iki nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti orta ağırdır. Yaralananlar arasında uşaq da var.
Hadisə İsrail Müdafiə Qüvvələrinin kazarmalarından birinin yaxınlığında baş verib. Hücum edən şəxs təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib.