İsraildə “Ağlama divarı” yaxınlığında atışma nəticəsində 7 nəfər yaralanıb.

Məlumata görə, zərərçəkənlərdən ikisi ağır yaralanıb. Yaralıların hamısı xəstəxanaya çatdırılıb.

Qeyd edilir ki, atışma “Ağlama divarı”na aparan yol ilə hərəkət edən avtobusda, həmçinin kral Davudun məzarının yanındakı dayanacaqda olub.

Cinayət törətməkdə şübhəli bilinən şəxs hadisə yerindən qaçıb. Qəzet polisə istinadən qeyd edir ki, hadisə terror aktı kimi qiymətləndiriləcək.

İstinadlar Report