“Təklif edirəm ki, ittihamlara vaxt itirməyək, faktlarla danışaq. Artıq həftələrdir ki, İran terror hücrələri İranın terrorçu hökumətinin göstərişi ilə Türkiyə torpaqlarında günahsız israilliləri öldürməyə çalışır”.

Bunu İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Lior Hayat tviterdə yazıb.

“İranın başqa bir suveren dövlətin ərazisində (Türkiyədə – red.) terrorçuluğu İran tərəfindən bütün normaların və ümumi qəbul edilmiş təcrübələrin növbəti kobud şəkildə pozulmasıdır.

İran rejimi terrorizm və təhrikçiliyi seçir, dünya dövlətləri isə ölkələr arasında əməkdaşlıq və əlaqələrin möhkəmləndirilməsinə can atır və çalışır”, – o vurğulayıb.

İstinadlar Report