İsrailin xarici işlər naziri İsrael Kats Braziliya Prezidenti Luiz İnasiu Lula da Silvanı arzuolunmaz şəxs elan edib.

O, bu barədə Braziliyanın İsraildəki səfiri ilə müzakirələrdən əvvəl deyib.

“Prezidentə çatdırmaq istərdim ki, biz onu bağışlamayacağıq və o, sözlərini geri götürərək üzr istəməyənə qədər İsraildə arzuolunmaz şəxs olacaq”, – nazir bildirib.

İstinadlar Report