“İsrail və Rusiya Yaxın Şərqdəki maraqlarında kompromis tapa biliblər”.

Bunu İsrailin baş naziri Benyamin Netanyahu Fransanın “La Chaine Info” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, ölkələr bir-birinin hərəkətlərinə qarışmamaq barədə qərar qəbul edib.

“Əvvəlcə Putinə dedim: “Bax, bizim seçimimiz var: ya qarşıdurmaya gedə bilərik, ya da ümumi dil tapa bilərik. İsrail sərbəst hərəkət edir. Biz sizin Suriyadakı hərəkətlərinizə qarışmırıq və siz bizi rahat buraxırsınız”. İsrailin maraqlarına xidmət edən kompromis tapılıb və buna görə də Putin bunun Rusiyanın maraqlarını təhdid etmədiyini düşünür”.

İstinadlar Report