
İsrail həbsxanalarında saxlanılan 369 fələstinli Qəzza zolağında saxlanılan 3 israillinin müqabilində sərbəst buraxılıb.
Bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Məlumata görə, işğal altındakı İordan çayının qərb sahilində azad edilmiş dörd fələstinlinin vəziyyəti ağırdır. Onlar xəstəxanaya yerləşdiriliblər.