İsrail hərbçiləri ilə Fələstin qüvvələri arasında atəşkəs barədə razılaşma əldə olunub.

Bu barədə məlumatı “Sky News Arabia” yayıb.

Qeyd olunub ki, razılaşma Misir və BMT-nin vasitəçiliyi ilə baş tutub.

Tərəflər arasında atəşkəs yerli vaxtla gecə yarısında ( Bakı vaxtı ilə – 02:00) qüvvəyə minib.

Bildirilib ki, tərəflər “zorakılığa son qoymağa” razılaşıblar.

İstinadlar Report