İsrail xarici işlər naziri Eli Koenlə türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
Bu barədə İsrail XİN-dən bildirilib.
E.Koen zəlzələdə həyatını itirmiş şəxslərlə bağlı başsağlığı verib.
İsrailli nazir bildirib ki, ölkəsi Türiyəyə yardım göstərmək üçün hərəkətə keçəcək və hadisə yerlərinə xilasetmə missiyaları göndərəcək.