İsrail Tel-Əvivin raket atəşinə tutulmasına cavab olaraq Qəzzaya raket zərbələri endirir.

Fələstinli şahidlər İsrailin həmçinin təyyarələri də havaya qaldırdığını bildirirlər.

İsrail hərbçiləri öz növbələrinə “terrorçuların obyektləri”nə zərbələr endirdiklərini bəyan edirlər.

Hazırda dağıntı və tələfat barədə məlumat yoxdur.

Bundan əvvəl Qəzza zolağından Tel-Əviv istiqamətində iki raket atıldığı xəbər verilmişdi. Onlardan birini tutmaq mümkün olmuşdu.

İstinadlar Report