
İsrail təhlükəsizlik qüvvələri terror aktı törədə biləcək 8 nəfəri saxlayıb.
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, İsrail Müdafiə Qüvvələri və Ümumi Təhlükəsizlik Xidmətinin bölmələri birgə əməliyyat keçirərək, Bir-Zeyt Universitetinin şəhərciyində gizlənərək axtarışda olan 8 şübhəlini saxlayıb.
Təhlükəsizlik qüvvələrinə məlum olan məlumata görə, axtarışda olan şübhəlilərin yaxın vaxtlarda terror aktları törədəcəkləri gözlənilirdi. Saxlanılanların üzərində “Həmas” terror təşkilatının bayraqları aşkar edilib.