İsrail Suriya ordusunun Aralıq dənizi sahilindəki Latakiya şəhərindəki mövqelərinə hücum edib.
Bu barədə Livanın “Al Mayadeen” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, hücumlar Suriya ordusunun Saqubein, Əl-Müşairifə ərazilərindəki obyektlərinə və Latakiya limanına yönəlib.
Qeyd edək ki, Qətərin “Əl-cəzirə” telekanalı daha əvvəl İsrail hərbi təyyarələrinin Suriyanın cənubundakı silah anbarına hücum etdiyini bildirib.