
Fələstinin “HƏMAS” hərəkatı İsrailin anklavda atəşkəs razılaşmasının müddəalarına əməl etmədiyi təqdirdə Qəzza zolağında qalan girovları azad etmək niyyətində olmadığını bildirib.
“HƏMAS” ABŞ Prezidenti Donald Trampın fevralın 15-də girovların azad edilməməsi ilə bağlı hədələrinə cavabında bildirib ki, təhdid dili vəziyyəti çətinləşdirir və yersizdir.