“İşğaldan azad edilmiş ərazilərdə, ilk növbədə, Zəngilanda yenidənqurma və quruculuq işlərindəki irəliləyişlər ruhlandırır”.

Bunu “Report”un müxbirinə İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.

O bildirib ki, İsrail ilə Azərbaycan dost ölkələr və tərəfdaşlardır.

“Biz qürur duyuruq ki, İsrail insanların işlə təmin olunması məqsədilə bu regionun sabit iqtisadiyyata malik, yaşana bilən bölgəyə çevrilməsində Azərbaycanın tərəfdaşıdır”, – səfir bildirib.

O, süd fermasının inkişafında ölkəsinin Azərbaycanla tərəfdaşlığını xatırladıb.

“Mən üçüncü dəfədir ki, Ağalı kəndinə gəlirəm. İlk səfərimdə burada heç nə yox idi. Amma ikinci səfərimdə tikinti işləri aparılırdı. İndi isə bura məktəbləri, evləri və dövlət qurumları olan əsl kənddir. Belə irəliləyişləri görmək ruhlandırır”, – C.Dik vurğulayıb.

İstinadlar Report