İsrail hərbçiləri sakinlərin Qəzza zolağının ikinci ən böyük şəhəri Xan Yunisə təxliyəsi əmri verilən zonanı genişləndirib.

Bu barədə “Associated Press” xəbər verib.

Nəşrin məlumatına görə, İsrail ordusu Xan Yunis və ətraf şəhərdəki ən azı 5 bölgənin əhalisini təhlükəsizlik baxımından bu yerləri tərk etməyə çağırıb.

Yerli sakinlərin sözlərinə görə, İsrail hərbçiləri müvafiq xəbərdarlıq vərəqələri səpələyiblər.

Xəbərdarlıqda “Xan Yunis şəhəri təhlükəli döyüş bölgəsidir”, – deyilir.

İstinadlar Report