
Qəzza zolağında planlaşdırılan atəşkəs Fələstinin “HƏMAS” hərəkatı azad ediləcək girovların siyahısını İsrailə təqdim etməyənə qədər başlamayacaq.
Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisindən bildirilib.
“HƏMAS” Qəzza zolağında atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində bu gün mübadilə zamanı azad edilməsi planlaşdırılan girovların siyahısının İsrailə verilməsini təxirə salıb.
Bu, texniki səbəblərlə əlaqələndirilir.