İsrail Prezidenti İsxak Hersoq Baş nazir Binyamin Netanyahudan ölkədə son illərdə ən böyük etirazlara səbəb olan məhkəmə islahatları prosesini dayandırmağa çağırıb.

Bu barədə siyasətçi tviterdə yazıb.

“Mən Baş nazirə, hökumət üzvlərinə və koalisiya üzvlərinə müraciət edirəm… İsrail xalqının birliyi naminə, üzərimizə götürməli olduğumuz məsuliyyət naminə, sizi qanunvericilik prosesini dərhal dayandırmağa çağırıram”, – Prezident vurğulayıb.

İstinadlar Report