“Avropanın, Asiyanın və İsraillə bağlı olan Yaxın Şərq regionunun enerji sektoruna təsir edən Azərbaycan dünyaya və regiona böyük təsir göstərir”.
Bunu İsrail Prezidenti İsxaq Hersoq Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra deyib.
“Ölkələrimiz arasındakı münasibətlər dünyanı necə dəyişə və irəliyə doğru addımlaya biləcəyimizin nümunəsidir”, – o bildirib.