İsrail Ordusu “Hizbullah”ın kəşfiyyat qərargahına hücum edib.

Bu barədə İsrail Ordusunun Mətbuat xidməti məlumat yayıb.

“İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Suriyanın paytaxtı Dəməşq ərazisində “Hizbullah” terror təşkilatının kəşfiyyat qərargahının infrastruktur və obyektlərinə hücum edib”, – məlumatda bildirilir.

Kəşfiyyat qərargahının “Hizbullah”ın mərkəzi kəşfiyyat orqanı olduğu dəqiqləşdirilir.

İstinadlar Report