Livanın cənubunda davam edən döyüşlərin gedişində İsrail ordusu altı hərbçisini itirib.

Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, bununla da 2023-cü il oktyabrın 7-də Yaxın Şərq münaqişəsinin yeni mərhələsi başlayandan indiyədək həlak olan hərbçilərin ümumi sayı 792 nəfərə çatıb.

Xatırladaq ki, cari ilin sentyabrın 23-də İsrail Livanda “Hizbullah” qüvvələrinə qarşı “Şimalın oxları” əməliyyatına başlayıb və bu əməliyyat zamanı təşkilatın hərbi obyektlərinə kütləvi zərbələr endirir.

İstinadlar Report