İsrail ordusunun əsgəri səhvən 2 zabiti güllələyərək öldürüb.

Bu barədə İsrail Müdafiə Ordusu (İMO) məlumat yayıb.

Bildirilib ki, hadisə ötən axşam İsrailin İordan çayının qərb sahilindəki bazasında baş verib.

Məlumata görə, hərbçilərin yanlış identifikasiya edilməsi “dost atəşi”nə səbəb olub.

Həlak olan hərbçilərin kimliyi açıqlanmasa da, “Kanal 12” onların İMO-nun Kommandos Briqadasında xidmət etdiklərini bildirib.

İstinadlar Report