
İsrail təhlükəsizlik qüvvələri 2025-ci ilin yanvarında İordan çayının qərb sahilində 55 silahlı fələstinlini öldürüb və 380 şübhəlini saxlayıb.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
“Hazırda [İordan çayının qərb sahilində] üç ərazidə – Cenin, Tulkərm və şimal Samariyada antiterror əməliyyatı davam edir”, – məlumatda bildirilib.
Son günlər qoşunlar çoxsaylı silah-sursat, o cümlədən tüfəng, tapança və müxtəlif partlayıcı maddələr aşkar ediblər.