İsrail ordusu Colan təpələrində səhvən mülki təyyarəyə atəş açıb.

Bu barədə RİA “Novosti” məlumat yayıb.

Qeyd olunub ki, israilli hərbçilər təyyarənin Suriyaya məxsus olduğunu zənn ediblər. Bildirilib ki, hərbçilər təyyarənin Suriyaya aid olmadığını anladıqları zaman atəşi dayandırıblar.

Uçuş vasitəsinin xarakteristikası barədə məlumat verilmir.

Orduda baş verən hadisənin araşdırılması ilə bağlı tapşırıq verilib. Hadisə zamanı heç kim xəsarət almayıb.

İstinadlar Report