İsrail ordusu Qəzza zolağının Misirlə sərhədində yerləşən Rəfah şəhəri yaxınlığında Fələstinin “İslami Cihad” hərəkatının radikallarına və onun infrastrukturuna zərbə endirib.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Daha əvvəl İsrail ordusu və Baş Təhlükəsizlik Xidməti Rəfah bölgəsində terrorçulara və “İslami Cihad”ın terror infrastrukturuna hücum edib”, – məlumatda bildirilir.

“Bu dəqiq zərbə “İslami Cihad” terrorçularına qarşı yönəldilib və bölgədəki xəstəxanaya heç bir ziyan dəyməyib”, – ordudan əlavə olunub.

İstinadlar Report