İsrail hərbçiləri Qəzza zolağında Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun üzvlərindən biri İzzəddin Qəssabı məhv ediblər.
Bu barədə ordu mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, o, anklavın cənubunda Xan-Yunis şəhəri yaxınlığında kəşfiyyat məlumatları əsasında İsrail HHQ-nin dəqiq zərbəsi nəticəsində məhv edilib.
“Qəssab Qəzza zolağında sağ qalan HƏMAS-ın yüksək rütbəli Siyasi Büro üzvlərindən biri idi. Onunla birlikdə köməkçisi, döyüşçü Ayman Ayeş də məhv edilib”, – bəyanatda deyilir.