İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında radikalların onlarla obyektinə zərbələr endirib, qoşunlar əməliyyatları davam etdirir və cənubdakı Rəfah şəhəri, eləcə də Fələstin anklavının mərkəzi hissəsində döyüşlər aparır.

Bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti bildirib.

“İsrail ordusu ötən gün ərzində qoşunların tunel mədənləri və yeraltı terror infrastrukturunu aşkarladığı, təhlükə yaradan terror dəstəsini zərərsizləşdirdiyi Rəfah bölgəsində məqsədyönlü əməliyyatları davam etdirir”, – mətbuat xidmətindən bildirilib.

İstinadlar Report