İsrail ordusu həftə ərzində İordan çayının qərb sahilində bir sıra intensiv əməliyyatlar həyata keçirib. Xüsusilə Cenin, Tulkərm şəhərlərində və Əl-Fara qaçqın düşərgəsində genişmiqyaslı terrorla mübarizə tədbirləri həyata keçirilib.
Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, ümumilikdə bir həftə ərzində adı çəkilə ərazilərdə 35-ə yaxın fələstinli radikal məhv edilib, terror fəaliyyətində iştirakda şübhəli bilinən daha 45 nəfər saxlanılıb.