
İsrail Müdafiə Qüvvələrinə məxsus döyüş təyyarələri Livanın cənubundakı Naqura və Yarin bölgələrində “Hizbullah”ın hərbi hədəflərinə hücum edib.
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bundan əlavə, ordu son bir neçə saat ərzində Livandan İsrailin şimalındakı Ərəb əl-Aramşe kəndi istiqamətində bir neçə tank əleyhinə raket və PUA buraxılışının qeydə alındığını bildirib.