
İsrail hərbçiləri Livanda “Hizbullah”a məxsus raket buraxılış qurğularının olduğu anbarı məhv edib.
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, anbarda “yer-hava” tipli raketlərin buraxılması üçün nəzərdə tutulmuş qurğular saxlanırmış. Açıqlamada bildirilir ki, obyekt Beyrut Beynəlxalq Hava Limanından təxminən 1,5 kilometr aralıda yerləşir.
Bundan əlavə, İsrail Hərbi Hava Qüvvələri “Hizbullah”ın onlarla hərbi obyektinə hücum edib.